ABŞ Rusiya ilə masaya əyləşmək istəyirbackend

ABŞ Rusiya ilə masaya əyləşmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya ilə strateji hücum silahlarının azaldılması müqaviləsini müzakirə etməyə hazırdır.

Bu barədə ABŞ prezidenti Co Bayden deyib.

Onun sözlərinə görə, “soyuq müharibə”nin ən qızğın vaxtında belə ABŞ və SSRİ strateji sabitliyi təmin etmək üçün birlikdə işləyirdi.

“Bu gün mənim administrasiyam da 2026-cı ildə başa çatacaq START III müqaviləsini əvəz edəcək yeni silahlara nəzarət sistemini Rusiya ilə müzakirə etməyə hazırdır. Rusiyanın ABŞ-la nüvə silahlarına nəzarət üzrə əməkdaşlığı bərpa etməyə hazır olacağını gözləyirik”, – o deyib.

Qeyd edək ki, strateji hücum silahlarının azaldılması müqaviləsi (STAET III) 2026-cı ildə başa çatacaq. Bu, ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarət rejimini təmin edən yeganə razılaşmadır. İki ölkə bu məsələni yenidən müzakirə etməyə başlamışdı, lakin Ukrayna müharibəsi dialoqun dayanması ilə nəticələndi.

Publika.az