Ağdaşda avtomat aşkarlanıbbackend

Ağdaşda avtomat aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.