Aksiyalar Ermənistanda siyasi çevrilişə səbəb ola bilərmi?- AÇIQLAMAbackend

Aksiyalar Ermənistanda siyasi çevrilişə səbəb ola bilərmi?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda daima müxtəlif siyasi qüvvələr aksiya və mitinqlər həyata keçirirlər. Bu yay fəslinə qədər baş verən aksiyalar daha çox “Hayastan” bloku və revanşist müxalifətin dəstəklədiyi, qızışdırdığı aksiyalar idi. Sonrakı dövrlərdə gördük ki, Nikol Paşinyan beynəlxalq aləmdə diqqət çəkmək üçün bu tip aksiyalar təşkil edə bilir. Paşinyan və komandası göstərmək istəyir ki, guya onlar sülhlə bağlı müsbət mövqedə olsalar da xalqın içərisindən müxtəlif kəsimlər onlara etiraz edir. Bu aksiyaları mitinqləri təşkil edərək görüntülərlə xaricdə bir fon yaratmağa çalışırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.


Onun sözlərinə görə, Ermənistanda bu gün dövlətçilik və idarəetmə institutları tamamilə tarimar edilib:

“Ölkədəki siyasi institutlar darmadağın vəziyyətdədir. Belə olduqda ortada normal siyasi liderin olmamağı, Robert Köçəryanın bütövlükdə xarizmasının, nüfuzunun cəmiyyətdə düşməsi, Levon Ter- Pertosyanın da eyni formada Ermənistan xalqı tərəfindən normal siyasi lider kimi qəbul edilməməyi və ayrı-ayrı narazı kəsimlərin lidersizlik problemləri nəticəsində müxtəlif dağınıq və xaotik aksiyaların şahidi ola bilirik. Lakin hesab edirəm ki, bu aksiyalar Ermənistanda hələ uzun müddət davam edəcək. Uzun illər ərzində ara-ara fasilələrlə Ermənistanda müxtəlif siyasi blokların, ideoloji təşkilatları, hətta məmurvə hərbiçilərin belə biz küçə etirazlarına şahidlik edə bilərik. Bu aksiyaların hansısa yaxın zamanda ciddi bir siyasi dəyişikliyə səbəb olacağını düşünmürəm. Bu gün Ermənistan xalqı Paşinyan və onun komandasının ölkəni uçuruma apardığının fərqindədir. Lakin eyni zamanda, Paşinyana normal alternativ bir siyasi müxalifəti qəbul etmirlər. Nə Hayastan, nə də Ermənistan parlament fraksiyanın rəhbəri Seyran Ohanyan və digər siyasi kəsimlərin xalqın gözündə hörməti , nüfuzu yoxdur. Ona görə də bu aksiyalar heç bir halda Ermənistanda siyasi çevrilişə səbəb olmayacaq”.

//Gülnarə Abasova, Editor.az