Almaniya kansleri Olaf Şoltsdan Ukrayna ilə bağlı AÇIQLAMAbackend

Almaniya kansleri Olaf Şoltsdan Ukrayna ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Məclisdə davam edən 2023-cü il büdcə müzakirələri çərçivəsində etdiyi çıxışda Almaniya kansleri Olaf Şolts müttəfiqlərlə Ukraynanı dəstəklədiklərini vurğulayaraq ağır və təsirli silahların verildiyini vurğulayıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Şolts Ukraynaya bu dəstəyin lazım olduğu müddətcə davam edəcəyini bildirib. Kansler Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada təhlükəsizlik və sülh üçün təhdid olduğunu bir daha vurğulayıb.

Şolts enerji böhranına qarşı müharibədən əvvəl tədbirlər görməyə başladıqlarını xatırladıb. Rusiya qazından müstəqil olmaq üçün Almaniyanın şimalında maye qaz terminalları qurduqlarını və yanvar ayından istifadəyə veriləcəyini bildirərək, qaza qənaət etdiklərini və qaz çənlərinin doluluq nisbətinin hazırda 85 faizə çatdığını bildirib. Almaniyada bu böhranı aradan qaldırmaq üçün hazırlıqların görüldüyünü də diqqətə çəkib.

//Gülnarə Abasova, Editor.az