Almaniya Ukrayna ilə həmsərhəd ölkə ilə hərbi təlim keçirməyi planlaşdırır – KİVbackend

Almaniya Ukrayna ilə həmsərhəd ölkə ilə hərbi təlim keçirməyi planlaşdırır – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Polşa və ABŞ ilə birgə təlimlər keçirməyi planlaşdırır.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Onun sözlərinə görə, bundan əvvəl ABŞ Dövlət Departamenti Alyansın bu sərhədinin qorunmasının vacibliyini xatırladıb. Tərəflər müvafiq manevrləri Polşa torpaqlarında həyata keçirmək istəyirlər. Rəsmi bildirib ki, Ukrayna ilə həmsərhəd ölkədə keçirilən hərbi təlimlər Rusiya diktatoru Vladimir Putin və digər NATO üzvləri üçün “çox aydın” siqnal olacaq. Pistorius ABŞ və Polşa ilə birgə planlar barədə əlavə təfərrüatlar açıqlamayıb, lakin qeyd edib ki, NATO qüvvələri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl olduğundan daha çox birləşib.

//Gülnarə Abasova, Editor.az