Almaniya Ukraynanın Rusiyaya qarşı soyqırım iddiasına qoşulmaq istəyirbackend

Almaniya Ukraynanın Rusiyaya qarşı soyqırım iddiasına qoşulmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Ukraynanın Rusiyaya qarşı soyqırım iddiasına qoşulmaq istəyir.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) verdiyi yazılı açıqlamada Litva, Latviya, Yeni Zelandiya və İngiltərədən sonra Almaniyanın da Ukrayna ilə Rusiya arasında soyqırım iddiasına qoşulma tələbi etdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Almaniyanın soyqırım konvensiyasındakı hüquqlar “jus cogens” xarakteri daşıyır və bu, “hər kəsə qarşı iddia edilə bilər” mənasındadır və beynəlxalq hüquqda ona qarşı hərəkətə keçə bilməz. ICJ Ukrayna və Rusiyadan Almaniyanın işə qoşulma tələbi ilə bağlı yazılı bəyanatlar təqdim etmələrini istəyib.

Qeyd edək ki, Beynəlxalq Məhkəmənin 16 mart 2022-ci il tarixli qərarında “Rusiya fevralın 24-də Ukrayna ərazisində başlayan “hərbi əməliyyatı” dərhal dayandırmalı olduğu qeyd edilmişdir.

//Gülnarə Abasova, Editor.az