Almaniyada təbii qaz mövzusunda Rusiya ilə danışıqlar məsələsi gündəmə gəlibbackend

Almaniyada təbii qaz mövzusunda Rusiya ilə danışıqlar məsələsi gündəmə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan əziyyət çəkməməli, təbii qazla bağlı Rusiya ilə danışıqların aparılmasına başlanmalıdır.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu fikirləri Bundestaq Enerji Komitəsinin üzvü, Sol Partiyadan olan Klaus Ernst Twitter hesabından verdiyi açıqlamasında deyib.

Azad Demokratlar Partiyasının vitse-prezidenti Volfqanq Kubiçki isə bəyan edib ki, “Şimal axını-2” qaz kəmərinin açılışı Almaniya hökumətinin prioriteti olmalıdır. “Şimal axını 2-nin açılmaması üçün heç bir əsaslı səbəb yoxdur” deyən Kubicki, qışdan əvvəl təbii qaz çənlərini doldurmaq üçün Nord Stream 2-nin mümkün qədər tez açılmasının lazım olduğunu iddia edib.

//Gülnarə Abasova, Editor.az