ABŞ rəsmiləri bəzi avropalı həmkarlarına İrandakı müharibə səbəbindən silah müqavilələrinin təxirə salınacağı barədə xəbərdarlıq ediblər.
Editor.az xəbər verir ki, “Reuters” agentliyinin verdiyi məlumata görə, əvvəllər sifariş edilmiş silahların çatdırılmasının dayandırılması əsasən Baltikyanı və Skandinaviya ölkələrinə təsir edəcək. Bu zaman Ukraynanın adı çəkilməyib. Bu silahlar Xarici Hərbi Satışlar (XHS) proqramı vasitəsilə alınıb. Yerli rəsmilər bildiriblər ki, gecikmələr Avropa ölkələrini çətin vəziyyətə salır.
Agentlik qeyd edib ki, Tramp administrasiyası avropalı tərəfdaşlarını, o cümlədən XHS proqramı vasitəsilə Amerika silahlarını almağa çağırıb (çatdırılmalar ABŞ hökumətinin lojistik dəstəyi və razılığı ilə həyata keçirilir). Çatdırılmalar tez-tez təxirə salınır və bu da Avropa paytaxtlarında məyusluğa səbəb olur və onları getdikcə Avropa istehsalı olan silahlara diqqət yetirməyə vadar edir.
//Samir Qurbanov, Editor.az

