Düşünürəm ki, bu, dəhşətdir – ABŞ prezidenti Donald Trampbackend

Düşünürəm ki, bu, dəhşətdir – ABŞ prezidenti Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı kütləvi hücumunu pisləyib. ABŞ prezidenti Rusiyanın hücumu ilə bağlı suala cavab olaraq “Düşünürəm ki, bu, dəhşətlidir” deyib.

“Kaş ki, razılığa gələ bilsəydilər. Açığı, Ukraynada çoxlu insan ölür. Görək bundan sonra nə olacaq. Orada müəyyən şeylər baş verir. Biz buna diqqət yetiririk” deyə o əlavə edib və ABŞ-ın da İrana diqqət yetirdiyini və “bunu necə bitirəcəyimizi anlamağa” çalışdığını qeyd edib.

Reportyorlar vurğulayıblar ki, “hər şeyi nəzərə alaraq” Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmaq istəmir. Onlar bunun illərlə davam edib-etməyəcəyini soruşublar. Tramp birbaşa cavab verməyib və bildirib ki, müharibə heç vaxt başlamamalı idi. “Əgər mən prezident olsaydım, Ukrayna ilə Rusiya arasında müharibə heç vaxt baş verməzdi. Amma bu, davam edir. Ümid edirik ki, tezliklə bitəcək” deyə o əlavə edib.

//Samir Qurbanov, Editor.az