“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevi də əsas heyətdən uzaqlaşdırıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, buna səbəb futbolçunun nizam-intizam qaydalarını pozması olub.
Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” – “Qarabağ” oyunundan sonra qəbul edilib.

