Tramp İrana təşəkkür etdi – FOTObackend

Tramp İrana təşəkkür etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkə hesabında məlumat yayıb.

“İran bir az əvvəl İran boğazının tam açıq və keçid üçün tam hazır olduğunu elan edib. Təşəkkür edirik”, – deyə ABŞ lideri bildirib.

Tramp paylaşımında Hörmüz boğazını “İran boğazı” kimi təqdim edib.

Tramp İrana təşəkkür etdi - FOTO

Qeyd edək ki, daha əvvəl xarici işlər naziri Abbas Əraqçı İranın Hörmüz boğazını açdığını bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.