ABŞ-də Arman Sarukyanı təyyarədən qovdularbackend

ABŞ-də Arman Sarukyanı təyyarədən qovdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Rusiyanı təmsil edən qarışıq döyüş üzrə idamnçı Arman Sarukyan ABŞ-da təyyarədən endirilib. 

Editor.az xəbər verir ki, bu barədə blogger Adam Zubayrayevin sosial media səhifələrində məlumat verilib. O bildirib ki, Sarukyanın təyyarədən uzaqlaşdırılmasının səbəbi komandasının üzvlərindən birinin uçuş zamanı mobil telefondan istifadə etməsidir ki, bu da aviaşirkət qaydaları ilə qadağandır. Başqa bir şəxs onların masasını tərk edib və bu da çıxarılma üçün əsas olub.

Qeyd edək ki, Sarukyanın 18-19 aprel gecəsi keçiriləcək RAF Güləş Liqası turnirində iştirak etməsi planlaşdırılır. Onun rəqibi Uriya Faber olacaq.

//Samir Qurbanov, Editor.az