Rusiya prezidentinin reytinqi azalmaqda davam edirbackend

Rusiya prezidentinin reytinqi azalmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mediasının məlumatına görə, dövlətə məxsus Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzi Rusiya prezidentinin reytinqində ardıcıl altıncı həftə davam edən azalmanı qeydə alıb.

Bildirilir ki, 6-12 aprel tarixləri arasında Rusiya prezidentinin son reytinqi 66,7% təşkil edib. Əvvəlki həftə ilə müqayisədə 1,1% azalıb. Putinə inananların sayı da 1,8 faiz bəndi azalaraq 72%-ə düşüb.

Kreml rəhbərinin reytinqi ilə yanaşı, hakim “Vahid Rusiya” partiyasına dəstək də 2,4 bal azalaraq 27,3%-ə düşüb. Bu arada, Dövlət Dumasında təmsil olunan digər partiyaların reytinqləri yüksəlir.

//Samir Qurbanov, Editor.az