Azərbaycan Ordusu Şuşaya buna görə girə bildi – Ohanyanbackend

Azərbaycan Ordusu Şuşaya buna görə girə bildi – Ohanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük müharibədəki məğlubiyyətə görə erməni generalları ittiham etmək lazım deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasından deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

O iddia edib ki, Ermənistanın siyasi rəhbərliyi cəbhənin cənub istiqamətindəki müdafiəni təşkil edə bilmədiyi üçün Azərbaycan Ordusu Şuşaya qədər irəliləyə bildi:

“Azərbaycan tərəfi 44 günlük müharibədə müdafiəni məhz o ərazidə yarıb ki, burada hərbi əməliyyatlar birbaşa Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən idarə və koordinasiya olunurdu.

Eyni zamanda, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri Sünik və Cermuk istiqamətlərində də irəlilədi”.