Ərdoğan: “Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılırbackend

Ərdoğan: “Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir”.

Oxu.Azxəbər verir ki, bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, regiondakı və sərhədyanı ölkələrlə əlaqələr yüksək səviyyədə qurulmalıdır.

“Ermənistanla münasibətlərin normallaşması prosesini Azərbaycanla razılaşdırılmış formada, mərhələli şəkildə inkişaf etdiririk. Bu kontekstdə, Xəzər dənizi vasitəsilə Asiya və Avropa arasında ticarət üçün ən etibarlı yol olan Orta Dəhliz təşəbbüsünü qətiyyətlə dəstəkləməyə davam edirik”, – deyə Türkiyə prezidenti vurğulayıb.