ABŞ və İran arasında razılaşma yaxın gələcəkdə bağlana bilər.
“Reuters” mənbələrə istinadən xəbər verir ki, ölkələr artıq məntiqi sonluğa yaxınlaşıb.
Editor.az xəbər verir ki, mənbənin sözlərinə görə, nümayəndə heyətləri Pakistan vasitəçilərinin iştirakı ilə pərdəarxası diplomatiya yolu ilə irəliləyiş əldə ediblər. Agentlik yazır ki, razılaşma danışıqlarının ikinci mərhələsi zamanı anlaşma memorandumunun imzalanması gözlənilir və bundan sonra tərəflər 60 gün ərzində tam razılaşma əldə edəcəklər. “Tərəflər artıq prinsipial razılaşmalara nail olublar, texniki detallar isə daha sonra razılaşdırılacaq.”, – “Reuters” xəbər verir.
Bundan əlavə, mənbələr qeyd edirlər ki, Pakistan Silahlı Qüvvələrinin rəisi Asim Munir danışıqlarda əsas vasitəçi rolunu oynayır. O, hazırda İran tərəfi ilə dialoq aparır və daha sonra Vaşinqtonda görüş keçirməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az

