Amerika icazə verdi: Ukrayna Krımı Qərb silahları ilə vuracaqbackend

Amerika icazə verdi: Ukrayna Krımı Qərb silahları ilə vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Ukrayna ordusuna Krıma hücum zamanı Qərb silahlarından istifadə etməyə icazə verib.

Editor.az xəbər verir ki, bu barədə “Politico” yazıb. “Əlbəttə, biz hədəf seçmirik və təmin etdiyimiz hər şey özünümüdafiə üçündür. Onların (Ukrayna Silahlı Qüvvələri) suveren Ukrayna torpaqlarında izləməyə qərar verdikləri istənilən hədəf, mahiyyətinə görə özünümüdafiədir” – Ağ Evdəki mənbə bildirib.

Yarımadanın mənsubiyyəti ilə bağlı suala cavabında isə o “Krım Ukraynadır” – deyib.

Ukrayna rəsmisi dəstək mesajının Kiyevə çatdığını bildirib.

Qeyd edək ki, bundan öncə Almaniya kansleri Olaf Şolz Krımda Qərb silahlarının tətbiqi ilə bağlı sualı cavablandırarkən, Avropa və ABŞ-ın Ukraynanın bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulamışdı.

Müharibənin Tədqiqi İnstitutunun ekspertlərinin sözlərinə görə, belə görünür ki, Ukrayna Krımda rusların hərbi obyektlərinə son hücumlar zamanı Qərb tərəfdaşlarının silahlarından istifadə etməyib. Bununla belə, onlar vurğulayıblar ki, bu ABŞ və Qərblə Rusiya ərazisində həmin silahlardan istifadə olunmamasına dair razılaşmalara zidd olmayacaq. Çünki, nə Aİ ölkələri, nə də ABŞ Krımı Rusiya ərazisi hesab etmir.

//Samir, Editor.az