Amerika Sergey Lavrova viza vermir?backend

Amerika Sergey Lavrova viza vermir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiya Amerika tərəfdən Rusiya nümayəndə heyətinin Nyu-Yorkda – BMT Baş Assambleyasında iştirak etmək üçün maneəsiz gəlişini təmin etməyi tələb edib.

Editor.az bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rusiya İnterfaks”ına bildirib. “Əminliklə demək olar ki, biz Sergey Viktoroviç Lavrovu BMT Baş Assambleyasında görmək istərdik”. Son illərdə Birləşmiş Ştatlar bizim üçün işgüzar səfərlərdə, o cümlədən BMT xəttində dəfələrlə çətinliklər yaratmışdır. Səfirlik artıq Ağ Evə, Dövlət Departamentinə BMT-nin mənzil-qərargahının ərazisində yerləşdiyi ölkənin öhdəliklərini yerinə yetirmək, nazirə və Rusiya nümayəndə heyətinin bütün üzvlərinə dərhal viza verilməsi tələbi ilə müraciət edib. “Biz BMT Baş Assambleyasının 77-ci sessiyasının tədbirlərində iştirak edən Rusiyanın bütün nümayəndələrinin ölkəyə maneəsiz daxil olmasını təmin etməyi təkidlə tələb edəcəyik”.

  //Samir,Editor.az