Avropada son 500 ilin ən dəhşətli quraqlığıbackend

Avropada son 500 ilin ən dəhşətli quraqlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hal-hazırda Avropada baş verən quraqlıq son 500 ildə ən şiddətli quraqlıq ola bilər.

Editor.az xarici mediaya istinadən bildirir ki, çayları qurudan və məhsullara zərər verən quraqlıq nəqliyyat, enerji və qida istehsalında da ciddi problemlərə səbəb olur.

Qərbi, mərkəzi və cənubi Avropada demək olar ki, iki aya yaxındır əhəmiyyətli yağış yağmadığından meteoroloqlar qeyd edirlər ki, qitədəki quraqlıq son 500 ildən çox müddət ərzində müşahidə olunan ən şiddətli səviyyəyə çatmış ola bilər.

Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzindən Andrea Totti hələ bitmədiyi üçün bu ilki vəziyyəti tam təhlil etmədiklərini ifadə edərək bildirib ki, son 500 ildə 2018-ci ildəki quraqlığa bənzər bir hadisə baş vermədi, amma bu il vəziyyət daha pisdir.

//Safura Bənnayeva, Editor.az