Avropanın altı ən böyük ölkəsi Ukraynaya hərbi yardımları dayandırıbbackend

Avropanın altı ən böyük ölkəsi Ukraynaya hərbi yardımları dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyul ayında Avropanın altı ən böyük ölkəsi Ukraynaya hərbi yardımlarla bağlı heç bir əlavə öhdəlik götürməyib, Editor.az bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən xəbər verir.

Xəbərə görə, bu, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının başlanmasından sonra ilk dəfə baş verib. Mənbə yardımı dayandıran dövlətlərin adını çəkməsə də, Almaniya və Fransaya ehyam vurur. “Ukraine Support Tracker” qrupunun rəhbəri Kristof Trebeşin Politico-ya verdiyi məlumata görə, aprel ayından başlayaraq Ukraynaya hərbi dəstək azalıb. “Müharibə kritik mərhələyə daxil olsa da, yeni yardım təşəbbüsləri quruyub” – Trebeş deyib.

Qeyd edək ki, avqustun əvvəlində “Kopenhagen-Ukrayna-2022” donor konfransında iştirak edən 26 ölkə Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcəyini vəd edib. Növbəti yardım paketinə pul, silah və hərbi təlim daxildir. Cənab Trebeş son tədarükləri şərh edərkən bildirib ki, bu məbləğ əvvəllkilərlə müqayisədə çox “cüzidir”.

 //Samir, Editor.az