Azərbaycanda BİABIRÇILIQ: Kişi hovuzdakı qadınları çəkib təhqir etdi – VİDEObackend

Azərbaycanda BİABIRÇILIQ: Kişi hovuzdakı qadınları çəkib təhqir etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nabranda istirahət mərkəzlərinin birində kişi orada dincələn qadınları videoya çəkərək təhqir edib.

Bu barədə “TikTok” sosial şəbəkəsində video paylaşılıb.

Belə ki, həmin şəxs sosial şəbəkədə canlı yayım açaraq, hovuzda çimən qadınları lent alıb və “Hansınızın bacısıdır, deyin çəkməyim. Qeyrət çəkənlər hanı?” sözlərini işlədilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin görüntülərlə bağlı məlumatlıdırlar:

“Hazırda məsələ barədə araşdırma aparılır”.