Azərbaycanda dəhşət: Qıza əxlaqsız hərəkət edənin cinsiyyət orqanını kəsdilərbackend

Azərbaycanda dəhşət: Qıza əxlaqsız hərəkət edənin cinsiyyət orqanını kəsdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda 1981-ci il təvəllüdlü Lətafət qonşusu Mahirə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Editor.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə 13 aprel 2021-ci ildə Bərdə şəhəri H.Əliyev prospektində baş verib.

Lətafət həmin gün qonşusu, yetkinlik yaşına çatmayan Mahirin onun qızı, 2018-ci il təvəllüdlü Xatuna qarşı əxlaqsız hərəkətlər etməsini bəhanə edib. O, yaşadığı mənzilində dolabdan götürdüyü qayçı ilə Mahirin cinsi orqanının dərisini kəsib.

İstintaq orqanı tərəfindən Lətafətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bərdə rayon Məhkəməsinin hökmü ilə Lətafət 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun üzərinə Bərdə şəhəri, H. Əliyev prospektindəki yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Mahirin qanuni nümayəndəsi apellyasiya şikayəti verib. O, şikayətində Lətafətin əməlini 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı əzab vermə), 145.2.3-ci (yetkinlik yaşına çatmayan şəxs barəsində qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddələri edilməsini, əlavə istintaq aparılması üçün cinayət işinin prokurorluğa qaytarılmasını istəyib.

Şikayət araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Şikayətə hakim Salman Hüseynovun sədrliyi ilə baxılıb.

Hakim heyəti apellyasiya şikayətinin dəlillərinin araşdırıb, sonda qərar elan edib.

Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.