Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədyanı çaylardan birgə istifadə məsələsi üzrə işçi qruplarının formalaşdırıldığını bildirib.
Paşinyan bu barədə Ermənistan parlamentində hökumətlə sual-cavab sessiyası zamanı danışıb. Baş nazirin sözlərinə görə, sülh gündəliyi çərçivəsində Azərbaycan və Ermənistan hər iki ölkənin ərazisindən keçən sərhədyanı çayları birgə idarə etməlidir. O bildirib ki, bu istiqamətdə əməkdaşlıq ümumi ekoloji standartlara riayət olunmasını tələb edir.
Paşinyan Ermənistanın İran və Türkiyə ilə oxşar əməkdaşlıq təcrübəsini nümunə göstərib.
Musavat.com

