AzTV-nin əməkdaşı vəfat etdibackend

AzTV-nin əməkdaşı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qocaman əməkdaşlarından biri – Ələkbərov Habil Əlibala oğlu bu gün vəfat edib.

AzTV-nin məlumatına görə, Beynəlxalq Radionun proqram direktorunun müavini 69 yaşında dünyasını dəyişib.

H.Ələkbərov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1989-cu ildən Respublika Radiosunda çalışıb. Radionun təbliği baş redaksiyasının kommentatoru (şərhçisi) vəzifəsinə işə qəbul edilib.

İctimai-siyasi proqramlar redaksiyasında uzun müddət işləyib və bu sahədə böyük xidmətləri olub.

2009-ci ildən Beynəlxalq Radioda işə başlayıb və proqram direktorunun müavini vəzifəsini sonadək icra edib.

Cənubi Azərbaycandan hazırlanan verilişlərə rəhbərlik edib və müəllifi olduğu “Vətən” verilişinin həm də aparıcısı olub.