Avtomagistralın uçması nəticəsində 31 nəfər xəsarət alıbbackend

Avtomagistralın uçması nəticəsində 31 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənubunda avto magistralın uçması nəticəsində 31 nəfər xəsarət alıb.

Editor.az bildirir ki, bu barədə “Sinxua” yerli hakimiyyət orqanlarına istinadən yazır.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, ölənlər barədə məlumat yoxdur. Uçqun yerli vaxtla mayın 1-də saat 2:10 radələrində Meyçjou-Dabu avtomobil yolunun Meyçjou hissəsində baş verib. Quandun və Fujian əyalətlərini birləşdirir. Səhərə qədər nə media, nə də yerli hakimiyyət orqanları ölənlər və zərərçəkənlərin xəsarətlərinin xarakteri barədə məlumat verməyiblər.

CCTV kanalı xəbər verir ki, çökmə nəticəsində 18-ə qədər avtomobil yolun hərəkət hissəsində dayanıb. Mətbuatda yayılan görüntülərdə körpünün 7-8 aşırımının uçduğu görünür. Körpünün yaxınlığında avtomobillərin düşdüyü çuxurdan alov və tüstü çıxır.

//Samir Qurbanov, Editor.az