BAEA-nın baş direktoru Zaporojye AES-ə gedən nümayəndə heyətinə rəhbərlik edəcək – FOTObackend

BAEA-nın baş direktoru Zaporojye AES-ə gedən nümayəndə heyətinə rəhbərlik edəcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Zaporojye atom elektrik stansiyasına (AES) gedən nümayəndə heyətinə rəhbərlik edəcək.

O, Ukraynanın bu dəvətinə hazır olduğunu bildirib.

Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində məlumat yayıb.

“Söhbətimiz zamanı BAEA-nın baş direktoru Rafael Mariano Qrossi bildirdi ki, Ukraynanın dəvətinə cavab olaraq Zaporojye AES-ə gedəcək nümayəndə heyətinə rəhbərlik etməyə hazırdır. Mən Rusiyanın nüvə təhlükəsizliyi ilə bağlı yaratdığı təhdidlər səbəbindən missiyanın işinin aktuallığını vurğuladım”, – Kuleba qeyd edib.