Bakıda 32 yaşlı qadını görüntüləri ilə şantaj etdilərbackend

Bakıda 32 yaşlı qadını görüntüləri ilə şantaj etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı sakini qadını şantaj edərək pul tələb edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.