Bakıda daha bir qanlı cinayət baş veribbackend

Bakıda daha bir qanlı cinayət baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Bakıda qanlı cinayət törədilib.

Editor.az “Report”a istinadən məlumatına görə, Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Əliyev Yasəf Cəmil oğlu mübahisə zəminində 2 bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun qarın və kürək nahiyəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.  Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.