Bakıda “Pajero” aşdı, sürücünün anası öldü, xalası yaralandıbackend

Bakıda “Pajero” aşdı, sürücünün anası öldü, xalası yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil aşıb, ölən və yaralanan var.

Editor.az  report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-i saat 06:50-də Bakı-Qazax-Gürcüstan yolunun rayonun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Əmənov Alqış Vaqif oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobilin yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1961-ci il təvəllüdlü Vəliyeva Mələk Gülhəsən qızı (sürücünün anası) ölüb, digər sərnişin – 1958-ci il təvəllüdlü Süleymanova Mərifət Gülhəsən qızı (xalası) müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.