Bakıda polis şöbəsində DƏHŞƏTLİ HADİSƏ – Arvadını güllələyərək öldürdübackend

Bakıda polis şöbəsində DƏHŞƏTLİ HADİSƏ – Arvadını güllələyərək öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl törədilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Publika.az