Baş nazir gecə klubunda müğənni ilə qucaqlaşıb rəqs etdi – Qalmaqal yaradan görüntülərbackend

Baş nazir gecə klubunda müğənni ilə qucaqlaşıb rəqs etdi – Qalmaqal yaradan görüntülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partidə çəkilmiş görüntülərinə görə tənqidlərə tuş gələn Finlandiyanın Baş naziri Sanna Marin ətrafındakı qalmaqal böyüyür.

Geyim tərzi və şəxsi həyatı ilə tez-tez gündəmə gələn baş nazirin bu dəfə də gecə klubundan görüntüləri yayılıb. Qısa müddət öncə ailə quran və bir övladı olan Sanna Marin gecə klubunda bir kişi ilə səmimi şəkildə rəqs edərkən görüntülənib. Bəzi mənbələr həmin kişinin məşhur müğənni Olavi Uusivirta olduğunu iddia edirlər.
7 avqust tarixində, gecə saat 4-də çəkilən videoda həmin şəxsin Sanna Marinin belinden tutaraq rəqs etdiyi görünür.
Ölkə mediası və sosial media istifadəçiləri baş naziri məsuliyyətsizlikdə ittiham edir. Müxalif deputat Mikko Karna hətta onun narkotika testindən keçirilməsini tələb edir.
36 yaşlı baş nazir isə bu testdən keçməkdən çəkinməyəcəyini bildirib. Nazir bu açıqlama ilə ötən gün çıxış edib. Partidə çəkilən görüntülərlə bağlı açıqlamasında o, bunları deyib:
“Bu videolar şəxsidir. Bunların ictimaiyyətlə paylaşılması xoş deyil. Dostlarımla bir gecə keçimişəm. Rəqs etmişəm, mahnı oxumuşam. Bunlar tamamilə leqaldır. Mənim də hamı kimi ailə həyatım, dostlarım və boş vaxtım var”.
Yayılan yeni görüntülərlə bağlı isə baş nazir tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Bakupost