Bayden Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyibbackend

Bayden Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası demək olar ki, hər gün Ukraynaya yüz milyonlarla dollarlıq silah yardımı elan edir. Bu dəfə Prezident Co Bayden Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Lloyd Ostin açıqlama verib.

Pentaqon rəhbəri qeyd edib ki, paketə haubitsalar, artilleriya döyüş sursatları, Humvees, zirehli təcili yardım maşınları, tank əleyhinə sistemlər daxildir.

Ostin müttəfiqlərin uzun müddət ərzində Ukraynanın cəsur müdafiəçilərinə dəstək verməli olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Bayden Konqresdən Ukraynaya əlavə 11,7 milyard dollarlıq hərbi və iqtisadi yardım da daxil olmaqla, hökumətin maliyyələşdirilməsi üçün 47 milyard dollarlıq qanun layihəsini təsdiq etməyi xahiş etmişdi.

//Gülnarə Abasova, Editor.az