Bərdədə cibgir saxlanıldıbackend

Bərdədə cibgir saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə şəhər sakini M. Məmmədov fevral ayının 16-də Bərdə RPŞ-yə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.

//milli.az