Bu ermənilərin təsiri altında hazırlanmış xəritə idi-Deputatdan açıqlamabackend

Bu ermənilərin təsiri altında hazırlanmış xəritə idi-Deputatdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlılarının təqdim olunan xəritədə dəyişiklik etmək cəhdi qəbuledilməz idi. Bu ermənilərin təsiri altında hazırlanmış xəritə idi”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, sülhməramlıların ümumiyyətlə, xəritədə dəyişiklik etmək hüququ yoxdur: “Çünki onların missiyası təhkim olunmuş ərazilərdə sülhməramlılıq fəaliyyətini davam etdirmək və neytrallıqlarını qoruyub saxlamaqdır. Azərbaycan hər zaman olduğu kimi maraqlarımıza cavab verməyən məsələlərlə bağlı qəti mövqeyini bildirir və bu dəfə də xəritədə edilən dəyişikliklə bağlı dövlət səviyyəsində öz etirazını bildirdi. Xəritəyə edilmiş dəyişikliklər ləğv edildi və əvvəlki vəziyyətinə qaytarıldı”.

Deputat əlavə edib ki, sülhməramlıların fəaliyyəti ilə bağlı məsələlər 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb və sülhməramlılar öz fəaliyyətini həmin bəyanatda əks olunmuş müddəalar çərçivəsində həyata keçirilməlidir: “Əgər həmin bəyanatdan kənar fəaliyyət olarsa, təbii ki bu qəbuledilməzdir və Azərbaycan tərəfi də haqlı olaraq sülhməramlı fəaliyyətinin sual altına düşməsi ilə bağlı məsələ qaldırmaq hüququna malikdir”.

Gülnarə Abbasova, Editor.az