Bu ölkənin Prezidentinə qarşı silahlı hücum olubbackend

Bu ölkənin Prezidentinə qarşı silahlı hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvatemalanın şimal-qərbindəki Uehuetenanqo departamentində ölkə Prezidenti Alexandro Cammatteinin də olduğu nümayəndə heyətinə silahlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.

Editor.az report-a istinadən xəbər verir ki, bu barədə Sonora radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, silahlı hücumda dövlət başçısı xəsarət almayıb. Rəsmi şəxsləri qoruyan hərbçilər hücum edənlərdən birini yaralayıb. İlkin məlumatlara görə, o, Meksika vətəndaşıdır.

Cinayətkarların bəziləri Meksika ərazisinə qaçıb. Qonşu ölkənin hərbçiləri azı dörd qvatemalını saxlayıblar.