Cənubi Afrikada ilin birinci yarısında 259 kərgədan buynuzlarına görə kəsilibbackend

Cənubi Afrikada ilin birinci yarısında 259 kərgədan buynuzlarına görə kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin ilk 6 ayında nəsli kəsilmək təhlükəsi olan 259 Afrika kərgədanı Cənubi Afrika Respublikasında brakonyerlər tərəfindən kəsilib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikanın Meşəçilik, Balıqçılıq və Ətraf Mühit Naziri Barbara Krisi qeyd edib ki, bu ilin birinci yarısında ümumilikdə 259 kərgədan buynuzlarına görə öldürülüb, onlardan 210-u milli parklarda, 49-u isə şəxsi təsərrüfatlarda olub. Nazir Kreysi bu rəqəmin keçən ilin eyni dövrü ilə müqayisədə daha çox olduğuna diqqət çəkərək, bu ilin ilk altı ayında 69 brakonyer və buynuz qaçaqmalçısının həbs edildiyini bildirib.

Qeyd edək ki, Afrikanın 5 ən böyük heyvanından biri kimi tanınan və nəsli kəsilmək təhlükəsi ilə üzləşən Afrika kərgədanları bəzi Asiya ölkələrində “status” simvolu olan buynuzlarından zinət və bəzək əşyaları hazırlamaq üçün kəsilir. Beynəlxalq qaçaqmalçılıq təşkilatları xüsusilə beynəlxalq bazarda kiloqramı on minlərlə dollara başa gələn və heyvan başına 6 kiloqramdan çox olan bu buynuzlar üçün son yarım əsrdə sayı 65 mindən 3800-ə qədər azalan qara kərgədanları hədəfə alır.

//Gülnarə Abasova, Editor.az