Co Bayden: Rusiya BMT Xartiyasının əsaslarını həyasızcasına pozubbackend

Co Bayden: Rusiya BMT Xartiyasının əsaslarını həyasızcasına pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın, təşkilatın Xartiyasının əsaslarını həyasızcasına pozduğunu bildirib.

Editor.az xəbər verir ki, bu barədə Bayden BMT Baş Assambleyasında çıxışı zamanı danışıb. O, Putinə işarə edərək, bu müharibənin “bir nəfər tərəfindən seçildiyini” vurğulayıb. “BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə qonşu ölkəyə təcavüz edib. Rusiya BMT Xartiyasının əsaslarını həyasızcasına pozub. Putin yenidən Avropanı nüvə silahı ilə hədələyir. İndi də daha çox əsgər toplayır, saxta referendum təşkil etməyə çalışır. Bütün bunlar BMT nizamnaməsinin birbaşa pozulmasıdır”, – deyə o bildirib. “Rusiyanı heç kim hədələmirdi və Rusiyadan başqa heç kim bu münaqişəni axtarmırdı. Biz bu münaqişənin baş verəcəyi ilə bağlı xəbərdarlıq etmişdik. Bundan qaçmağa çalışdıq, amma onun (Putinin) özü elə danışdı ki, heç bir şübhə qalmadı.

Putin deyir ki, “Ukraynanı Rusiya yaradıb və guya o, heç vaxt real dövlət olmayıb. Onlarla məktəb, xəstəxana, mədəniyyət mərkəzi və muzey dağıdılıb. Biz daha dəhşətli cinayətlər – kütləvi məzarlıqlar, işgəncə izləri olan cəsədlər görmüşük. Bu müharibənin məqsədi Ukrayna dövlətini məhv etmək, ukraynalıların müstəqil bir xalq olaraq hüquqlarını məhv etməkdir”, – Amerika lideri bildirib. ABŞ bu müharibəni ədalətli şərtlərlə bitirmək istəyir, heç kim zorla başqasının ərazisini ala bilməz. Bu yolu tutan yeganə ölkə Rusiyadır. Ukrayna da hər bir suveren ölkənin sahib olduğu hüquqlara sahib olmalıdır. Biz bundan sonra da Ukrayna ilə həmrəy və Rusiyanın təcavüzünə qarşı olacağıq, nöqtə!”. Bayden onu da qeyd edib ki, BMT Xartiyasının əsasları onu öz siyasi maraqları üçün istifadə etmək istəyənlərin təhdidi altındadır. “Ölkələrin hərbi ekspansiya ehtimalını istisna edirəm. Qlobal qorxu və alçaldıcı siyasətin əleyhinəyəm. Çünki kiçik ölkələrin hüquqları böyük ölkələrin hüquqları ilə eynidir”.

  //Samir,Editor.az