Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək barədə düşünürbackend

Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək barədə düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “The Wall Street Journal” yazıb. Mənbələr nəşrə bildiriblər ki, ABŞ prezidenti Donald Tramp və onun müşavirləri bunu sülh danışıqlarındakı çıxılmaz vəziyyəti aradan qaldırmağın bir yolu kimi görürlər.

Rəsmilərin sözlərinə görə, bu, ABŞ və İran nümayəndə heyətlərinin Pakistanın İslamabad şəhərində keçirilən görüşdə razılığa gələ bilməməsindən sonra Trampın nəzərdən keçirdiyi variantlardan biridir. Prezidentə yaxın olanlar onun “diplomatik həllə açıq qaldığına” inanırlar.

ABŞ rəsmiləri Trampın İranla gələcək danışıqlar üçün “qırmızı xətlərini” açıqlayıblar. Bunlara Hörmüz boğazının rüsumsuz tam açılması, bütün uran zənginləşdirilməsinin dayandırılması və əlaqəli obyektlərin sökülməsi, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının köçürülməsi, Livanda “Hizbullah” və Yəməndə Husilər kimi proksi qrupların maliyyələşdirilməsinin dayandırılması daxildir. WSJ mənbələri Trampın hər hansı növbəti addımının ciddi risklər daşıdığını etiraf edirlər.

Tammiqyaslı müharibənin yenidən başlaması ABŞ-ın vacib sursat ehtiyatlarını daha da tükəndirəcək və Yaxın Şərqdəki münaqişələrə şübhə ilə yanaşan seçicilərin tənqidini artıracaq. Məqalədə bildirilir ki, eyni zamanda, rejimi saxlamaqla, nüvə ambisiyalarını və Boğaz üzərində nəzarəti qoruyub saxlamaq şəraitində hərbi əməliyyatın təxirə salınması Tehranın qələbəsi kimi qəbul ediləcək.

//Samir Qurbanov, Editor.az