Amerika Birləşmiş Ştatları təxminən 40 ildən sonra ilk dəfə başqa bir gəmiyə qarşı hücum zamanı göyərtə topundan istifadə edib.
Editor.az The War Zone nəşrinə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib:
“Bir döyüş gəmisinin başqa bir gəmiyə göyərtə topu ilə atəş açdığı məlum olan son dəqiq hadisə 18 aprel 1988-ci ildə, “Peyğəmbər Dəvəsi” əməliyyatı zamanı qeydə alınıb.”
“Peyğəmbər Dəvəsi” əməliyyatı ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın neft platformalarına qarşı həyata keçirdiyi hərbi əməliyyat idi. Bu əməliyyat İkinci Dünya Müharibəsindən sonra ABŞ donanmasının iştirak etdiyi ən böyük dəniz döyüşü hesab olunur.
Həmin qarşıdurma zamanı İran bir freqat, bir kater və ən azı üç sürətli hücum qayığını itirib.
//Gülnarə Abasova, Editor.az

