İlham Əliyev: “Azərbaycanda təbii qaz hasilatı artır və artacaq”backend

İlham Əliyev: “Azərbaycanda təbii qaz hasilatı artır və artacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq”.

Editor.az  AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.

Azərbaycanın hasil etdiyi qazın böyük hissəsinin ixrac olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qeyri-neft-qaz sektoruna aid sənayenin və iqtisadiyyatın artan hasilat profili beynəlxalq bazarlarda, ilk növbədə, Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır.