Tehran yalnız praktiki fayda gördükdə Vaşinqtonla diplomatik razılaşma cəhdlərini davam etdirməyə razı olacaq.
“Yeni Sabah” Mehr-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
“Diplomatiya milli maraqlara və təhlükəsizliyə nail olmaq üçün bir vasitədir və milli maraqların irəliləməsi üçün bu vasitədən istifadə üçün zəruri və məntiqi əsasların hazırlandığını başa düşdükdə hərəkətə keçəcəyik”, – deyə o qeyd edib.
O, İran ordusunun silahlı münaqişənin yenidən başlaması halında cavab verməyə tam hazır olduğunu vurğulayıb.
Bəqai ABŞ-ni Tehranla danışıqlar apararkən mövqeyini daim dəyişdirməkdə günahlandırıb. O, İranın heç vaxt öhdəliklərini pozmayacağını vurğulayıb və bu cür pozuntuları “ABŞ vərdişi” adlandırıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, danışıqlar mövqeyini formalaşdıra bilməyən Vaşinqton deyil, Tehrandır.

