İtaliyanın Baş naziri Giorgia Meloni rus təbliğatçı Vladimir Solovyovun ona ünvanladığı sərt və təhqiramiz ifadələrə cavab verib.
Solovyov özünün “Birbaşa Əlaqə” verilişində baş naziri qınayaraq, onu digər təhqiramiz ifadələrlə yanaşı, “faşist məxluq” adlandırıb.
Meloni isə “rejimin qızğın təbliğatçısının nə birlik, nə də azadlıq dərsi vermək hüququna malik olmadığını” bildirərək bu cür ittihamların İtaliyanı kursunu dəyişməyə məcbur etməyəcəyini vurğulayıb: “Başqalarından fərqli olaraq, biz müstəqilik, ağalarımız yoxdur və əmrlərə tabe deyilik.
Bizim yalnız bir təlimatımız var: İtaliyanın maraqları. Və dünyanın hər yerindən olan təbliğatçıların etirazlarına baxmayaraq, biz buna qürurla əməl edəcəyik”, – deyə o yazıb.
//Samir Qurbanov, Editor.az

