“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötürbackend

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür.

2023-cü il aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının məqsədi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq olub.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın müasir dövlətçilik tarixində ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində atılmış ən həlledici addımlardan biri hesab olunur.

Sözügedən ərazi artıq regionun təhlükəsizlik sisteminin sarsılmaz hissəsidir.

Oxu.az