İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) atəşkəsin uzadılmasından sonra Hörmüz Boğazında iki gəmiyə nəzarətə götürdüyünü açıqlayıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi çərşənbə günü səhər saatlarında boğazda baş verən ayrı hadisələr zamanı iki yük gəmisinə atəş açıldığını bildirib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ prezidenti Donald Trampın İranla atəşkəsin uzadılacağı barədə açıqlamasından bir neçə saat sonra Hörmüz Boğazında iki gəmiyə nəzarətə götürdüyünü və onları İran sahillərinə yönləndirdiyini bəyan edib.
Məlumata görə, MSC Francesca və Epaminodes adlı gəmilərin dənizçilik qaydalarını pozduğu, həmçinin naviqasiya sistemlərini manipulyasiya edərək təhlükəsiz gəmi hərəkətini riskə atdığı iddia olunub.
//Gülnarə Abasova, Editor.az

