Dünyanı dəhşətə gətirən yaxınlaşma, düşmənlərinə qarşı birləşdilər…backend

Dünyanı dəhşətə gətirən yaxınlaşma, düşmənlərinə qarşı birləşdilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzünün altıncı ayında dünya yeni bir təhlükəli əməkdaşlıq xəbərinə şahid oldu. Raket sınaqları ilə beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid edən Şimali Koreya Rusiyanın yeni müttəfiqi olmaq yolundadır.

Editor.az xarici mediaya istinadən bildirir ki, yalnız Donbasdakı Luqansk və Ukraynanın cənubundakı bəzi şəhərlərini ələ keçirə bilən Rusiya ordusu minlərlə kilometr uzaqda gözlədiyi yardım təklifini aldı. Ukraynada bataqlığa düşən Rusiya ordusu Çindən kömək gözləyirdi, lakin beynəlxalq sanksiyalardan qorxan Pekin rəhbərliyi Moskvanın gözlədiyi addımı atmadı. Rusiyanın digər müttəfiqi olan İranın Ukraynadakı rus işğalçılarına pilotsuz təyyarələr çatdıracağı xəbəri yayılıb.

Rusiya mətbuatında yayılan xəbərə görə, Rusiya və Şimali Koreya ittifaq qurmağa hazırlaşır. Moskva Pyongyanga qaz və taxıl təklif etməyə hazırdır, Şimali Koreyadan isə Ukraynadakı cəbhə xəttinə 100 min hərbçi göndərilməsi xahiş olunur.

Kremlin mətbuatına görə, Şimali Koreya diplomatik kanallar vasitəsilə Rusiyaya özünün birbaşa olaraq müharibədə iştirak edə biləcəyini çatdırıb. Agentliyin mətnində “Ölkə Donbasa 100 min əsgər göndərməyə hazırdır” ifadəsi ilə yanaşı, Şimali Koreya əsgərlərinin yerləşdiriləcəyi yerlər diqqət çəkir. Bu yerlər Rusiya lideri Putinin işğal əmrindən iki gün əvvəl müstəqil kimi tanıdığı Donetsk və Luqansk xalq respublikalarıdır. Şimali Koreya lideri Kim Çen In iyul ayında iki hökuməti tanıyıb.

//Safura Bənnayeva, Editor.az