Dünyanın diqqəti üçlü zirvədədirbackend

Dünyanın diqqəti üçlü zirvədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynanın Lvov şəhərində BMT-nin baş katibi Antonio Quterreş və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. İyulun 22-də imzalanan taxıl dəhlizi razılaşması və prezident Ərdoğanın avqustun 5-də Soçidə Rusiya lideri Vladimir Putinlə görüşündən sonra Lvovda baş tutacaq üçtərəfli sammit böyük diqqət çəkir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Polşa sərhədinə yaxın Lvov şəhərində keçiriləcək görüşdə “taxıl müqaviləsi”nə Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoyacaq  model kimi baxılır.

Prezident Ərdoğanın Ukraynaya bir günlük səfərinin siyasi müstəvidə olduğu və müharibəni sona çatdırmaq məqsədi daşıdığı açıqlamasında da bildirilib. Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmlə Ukrayna-Rusiya müharibəsinə diplomatik yollarla son qoymaq üçün atılacaq addımlar müzakirə olunacaq. Prezident Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyə fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri iki qonşu ölkə arasında vasitəçi rolunda çıxış etməyə hazırdır. Avqustun 5-də Rusiyanın Soçi şəhərində prezident Ərdoğanın Vladimir Putinlə üzbəüz təmasından sonra Lvovdakı üçtərəfli sammitin keçirilməsi də xüsusi məna daşıyır.

//Safura Bənnayeva, Editor.az