Əfqanıstanda 5,3 bal gücündə zəlzələ baş veribbackend

Əfqanıstanda 5,3 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin yerli vaxtla saat 02:27-də 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Xəsarət alanlar və insan tələfatı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Bildirilib ki, zəlzələnin episentri ölkənin şərqində, Pakistanla sərhəddə yerləşən Nangerhar əyalətinin mərkəzi rayonu Cəlalabaddan 38 kilometr şimal-şərqdə olub. Zəlzələ ətraf əyalətlərdə, xüsusən də paytaxt Kabildə və Pakistanın sərhəd bölgələrində hiss olunub.

Qeyd edək ki, İyunun 22-də Əfqanıstanın şərq əyalətlərində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 1200-dən çox insan həlak olmuşdu. Ölkədə, xüsusən də kənd yerlərində infrastrukturun olmaması, gildən evlərin tikilməsi səbəbindən zəlzələlər zamanı insan tələfatı artır.

//Gülnarə Abasova, Editor.az