Ekvadorda güclü sel baş veribbackend

Ekvadorda güclü sel baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorun paytaxtı Kito şəhərində güclü yağışlar yağıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə yağan güclü yağış selə səbəb olub. Selin baş verməsi səbəbindən şəhərin bir çox hissəsi su altında qalıb. Yolların su yuması nəticəsində vətəndaşlar yollarda qalıblar. Bundan əlavə şəhərin elektrik enerjisinin verilişi tamamilə dayandırılıb. Hökumət tərəfindən insanları seldən qorumaq üçün xüsusi sığınacaqlar yaradılıb.

Ölkənin milli hidrometroloji agentliyinin məlumatına görə son günlərdə ölkədə güclü istilərin müşahidə olunması yağışlara səbəb olub.

//Nəzərbəy Hacıağayev, Editor.az