Ən böyük qəhvə istehsalçılarından biri Rusiyanı tərk edibbackend

Ən böyük qəhvə istehsalçılarından biri Rusiyanı tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük qəhvə istehsalçılarından biri “Tchibo” Rusiya bazarından çəkildiyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq qərar şirkətin saytında dərc olunub.

“Tchibo”nun Rusiyadakı törəmə şirkətini satdığı və buna görə də Rusiyadakı fəaliyyətini dayandırdığı bildirilir.

“Biz Ukraynaya qarşı müharibədən və onun törətdiyi faciədən məəttəl qalmışıq, dəhşətə gəlirik”, – açıqlamada deyilir.

Qeyd edək ki, Tchibo eyniadlı hazır qəhvə, həmçinin markalı geyim, məişət texnikası və məişət məmulatlarının istehsalı ilə tanınan Alman şirkətidir. Turizm və sığorta fəaliyyəti ilə də məşğuldur. Tchibo həmçinin kafe və restoranlar şəbəkəsinə (Almaniyada mindən çox müəssisə) sahibdir. Bu qəhvə brendi Almaniyadan başqa dünyanın bir çox ölkələrində satılır: ABŞ, İngiltərə, Qazaxıstan, Ukrayna, Polşa, Macarıstan, Türkiyə, Rumıniya, İsrail və İordaniya.

//Gülnarə Abasova, Editor.az