Ərinin videosuna görə Gülbahar Eyvazova işdən çıxarıldıbackend

Ərinin videosuna görə Gülbahar Eyvazova işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova işdən çıxarılıb.

Onun adı icra hakimiyyətinin aparatının strukturtundan çıxarılıb.

Qeyd edək ki, G.Eyvazova bir müddət əvvəl həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

İcra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləmişdi.

//milli.az